Məmmədov Zahid Fərrux oğlu - 31 mart 1965-ci
ildə anadan olmuşdur. 1982-ci ildə Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı
filialının «Maliyyə-kredit» fakültəsinə daxil olub, 1988-ci ildə bitirmişdir. 1990-1993-cü
illərdə Sankt-Peterburq Dövlət Maliyyə-İqtisad Universitetinin aspiranturasında
təhsil almış, iqtisad elmləri namizədi alimlik dərəcəsi adını almışdır.
1998-ci illərdə Türkiyə Cümhuriyyəti Mərmərə
Universitetinin maliyyə-bankçılıq elmləri sahəsində doktorluq alimlik dərəcəsi,
2007-ci ildə Rusiya Federasiyası Ali Attestasiya Komissiyasının qərarı ilə ona
iqtisad elmləri doktoru alimlik dərəcəsi, 2008-ci ildə isə Azərbaycan
Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının RH qərarı ilə
iqtisad elmləri doktoru alimlik dərəcəsi verilmişdir. 10 monoqrafiya, 3
dərslik, 80 elmi məqalə, o cümlədən 30-u xaricdə, 40-dan yuxarı Beynəlxalq
konfranslarda dərc olunmuş tezislərin müəllifidir.